Saytımızı qiymətləndirin


 
 

Gəncədə iki maşın toqquşub, ölən və yaralananlar var - FOTO
Tarix: 06-01-2019 | Saat: 11:12
Bölmə:Karusel / Region | çapa göndər

 

 

Şah İsmayıl Xətai prospektində "VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

"Qarabaginfo" "Report"un Qərb bürosunun məlumatına istinadən xəbər verir ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər Gəncə şəhər Abbas Səhət adına 1 saylı Xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Həmçinin daha 2 nəfər yaralı halda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan, "VAZ-21011" markalı avtomobilin sürücüsünün vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralı, "VAZ-2107" markalı avtomobilin sürücüsü olduğu bildirilən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Ceyhun Alıyevin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Bərdə rayonunda 3 avtomobilin toqquşması, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Xəbəri paylaş

611 dəfə oxunub.

Digər xəbərlər
23-01-2023, 10:09 Lavrov CAR-da səfərdədir