Saytımızı qiymətləndirin


 
 

Rusiya səfiri: “Qarabağın statusu məsələsi növbəti nəsillərə qalacaq“
Tarix: 01-11-2022 | Saat: 12:22
Bölmə:Karusel | çapa göndər

Rusiya səfiri: “Qarabağın statusu məsələsi növbəti nəsillərə qalacaq“

 


"Qarabağın statusu ədalətli həlli üçün məqbul şərait yarandıqda gələcək nəsillərin öhdəsinə buraxılmalı olan məsələdir".

Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin deyib.

O, Soçidə keçirilən üçtərəfli görüşü "vacib" adlandırıb:

Səfir Rusiya prezidentinin bütün məsələlərdə razılığa gəlməyin mümkün olmadığı barədə sözlərini xatırladıb. “Lakin müzakirənin baş tutması çox və tərəflərin normallaşma yolu ilə irəliləməyə hazır olduqlarını nümayiş etdirmələri çox vacibdir. Görüşün Rusiyada baş tutması da çox vacibdir və bu, açıq şəkildə göstərir ki, Rusiya indi digər regionlarda həll edilməli olan problemlərə və vəzifələrə baxmayaraq, Cənubi Qafqazdakı vəziyyətə böyük diqqət yetirir və öz mövqeyini zəiflətmir, nizamlanmasına kömək etmək üçün səylər göstərir”.

S. Kopırkin əlavə edib: “Sülh müqaviləsi və ora daxil edilməli olan müddəalara gəlincə, Soçi görüşün nəticələrinə əsasən, hələ razılaşdırıla bilməyən, lakin işin davam etdiriləcəyi məsələlər var”.



Xəbəri paylaş

157 dəfə oxunub.

Digər xəbərlər