"Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır".
Qarabaginfo.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ermənistanın mövqeyini dəyərləndirmək çətindir: "Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada keçirilməli idi. İki ölkənin liderləri buna razılıq vermişdi. Bunun üçün hər şey hazırlanmışdı. Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi olub. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu".
M.Zaxarova qeyd edib ki, Rusiya sülh müqaviləsi üçün platforma təqdim etməyə hazırdır.