ABŞ Ukraynaya 270 milyon dollarlıq əlavə yardım paketi göndərəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O qeyd edib ki, müharibə başlayandan bəri ABŞ-ın Ukraynaya etdiyi yardımın ümumi dəyəri 8,2 milyard dollara çatıb.
Kirbi elan edilən yardım paketinin tezliklə ABŞ prezidenti Co Bayden tərəfindən təsdiqlənəcəyini açıqlayıb.
Kirbinin açıqlamasında Ukraynaya göndəriləcək yardım paketinə 4 artilleriya raket sistemi (HIMARS) və HIMARS üçün əlavə sursat, 4 komanda maşını, 105 millimetrlik 36 min mərmi, 3 min zirehli silah, 580 ədəd “Phoenix Ghost” taktiki pilotsuz uçuş aparatları daxildir.