Ana Sayfa > Karusel / Region > ABŞ Ukraynaya 270 milyon dollar əlavə yardım paketi ayırdı

ABŞ Ukraynaya 270 milyon dollar əlavə yardım paketi ayırdı


23-07-2022, 11:19. Yazar: Admin

ABŞ Ukraynaya 270 milyon dollarlıq əlavə yardım paketi göndərəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O qeyd edib ki, müharibə başlayandan bəri ABŞ-ın Ukraynaya etdiyi yardımın ümumi dəyəri 8,2 milyard dollara çatıb.

Kirbi elan edilən yardım paketinin tezliklə ABŞ prezidenti Co Bayden tərəfindən təsdiqlənəcəyini açıqlayıb.

Kirbinin açıqlamasında Ukraynaya göndəriləcək yardım paketinə 4 artilleriya raket sistemi (HIMARS) və HIMARS üçün əlavə sursat, 4 komanda maşını,  105 millimetrlik 36 min mərmi, 3 min zirehli silah, 580 ədəd “Phoenix Ghost”  taktiki pilotsuz uçuş aparatları daxildir.


Geri dön