44 günlük Zəfər müharibəsinin qəhrəmanları ilə görüş keçirilib - FOTOLAR
Tarix: 14-05-2021 | Saat: 13:18
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Azərbaycan ordusu Qarabağda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi lə 44 gün ərzində zəfər müharibəsində qələbəmizin memarı oldu.
1480 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-05-2021 | Saat: 13:18
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Azərbaycan ordusu Qarabağda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi lə 44 gün ərzində zəfər müharibəsində qələbəmizin memarı oldu.
Müharibə başlayan gündən Zəfər gününə qədər orduya dəstək aksiyalarında dövlətin yanında olan “Naxpro” MMC bu gün də şəhid ailələri, qazilərlə əlaqələri kəsmir, daima onları diqqətdə saxlayır. .
12 may 2021-ci il tarixdə "NaxPro" MMC və "Redex Cargo"nun təşkilatçılığı ilə 44 günlük Vətən Savaşında iştirak edərək şücaət göstərmiş 10 qazi ilə arxa cəbhədə əsgərlərimizə dəstək olanların iftar süfrəsində görüşü keçirilib. Görüş zamanı iftar süfrəsi arxasında qazilər keçdikləri döyüş yolundan danışıb, gələcək nəsillərin, bundan sonra daha vətənpərvər, daha məğrur böyüyəcəklərini diqqətə çatdırıblar. Bu gün də Vətən üçün, torpaqlarımızın azadlığı və müdafiəsi üçün döyüşə hazır olduqlarını bildirən qazilər görüşün keçirilməsindən məmunluq hissi keçirdiklərini qeyd ediblər. Görüşün təşkilatçılarından olan "NaxPro" MMC-nin təsisçisi Emin Tarverdiyev bizə bildirib ki, “Bu tədbirimizi daha böyük tərkibdə etmək olardı. Lakin mövcud pandemiyada Covid-19 virusundan qorunmaq üçün hələki bu görüşü təxirə salmışıq. Əsas məqsədimiz Vətən müharibəsində fərqlənən, torpaqlarımızın azad edilməsində şücaətlər göstərmiş qazilərimizin qəhrəmanlıqlarını təbliğ etmək, onların hər zaman dövlətimiz və xalqımız tərəfindən diqqət mərkəzində olduqlarını nəzərinizə çatdırmaqdır”.
Görüşün sonunda "NaxPro" MMC-nin təşkil etdiyi tədbirin sonunda sponsorlar "Redex Cargo", "Farma Şah" MMC, "Ordubad nemətləri" MMC , "Müasir Məkan" MMC, "Naxçıvan Məhsulları" PHŞ və "OBA" marketlər şəbəkəsi tərəfindən hazırlanan hədiyyələr, Hədəf Nəşriyyatı tərəfindən hazırlanmış “General Polad Həşimov xatirələrdə” və dosent Zaur Əliyevin “Erməni kilsəsi və terror” kitabları qazilərə təqdim olunub.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Xəbəri paylaş
Digər xəbərlər
30-09-2020, 13:21
Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Putin və Trampla danışıqlar aparmağı planlaşdırır
28-03-2023, 14:20
Polkovniklərdən sensasion açıqlamalar - Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubova ittihamlar
28-04-2022, 19:16
Türkiyə-Ermənistan dialoqu üzrə növbəti görüşün vaxtı açıqlanıb
18-03-2022, 10:16
Sabahdan 9 günlük Novruz tətili başlayır
30-07-2022, 22:55
ABŞ Prezidentinin koronavirus testi ikinci dəfə müsbət çıxıb
26-05-2025, 12:12
Arvadı Makronu şillələdi
8-07-2025, 10:41
Tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü - Foto
11-04-2023, 16:30
Palata: Azərbaycanda buğdanın istehsalı və ehtiyatı azalıb
11-11-2020, 16:29
Azərbaycan Prezidenti: "Həm fərdi, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər"
23-05-2023, 10:30
Direktor: Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi davam etdirilir