İstanbulda yerli vaxtla saat 15:00-a olan məlumata görə, qeydiyyatda olan seçicilərin 70%-i səsvermə hüququndan istifadə edib.
Bu barədə Baş Konsulluqdan bildirilib.
Qeyd edək ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun inzibati binasında yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 53 və 54 saylı seçki məntəqələrində keçirilən səsvermədə Azərbaycan vətəndaşları aktiv iştirak edirlər.
Türkiyədə səsvermə yerli vaxtla saat 19:00- a qədər davam edəcək(apa).