Tarix: 14-12-2021 | Saat: 12:37
Bölmə:Karusel / Gündəm | çapa göndər
“İnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin spikeri Sahibə Qafarovaya mənə verdiyi müsahibə zamanı bəzi deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu barədə tənqidi fikirlər işlətmədiyini desin. Çünki cənab S.Mehdiyevin icazəsi ilə mən söhbətimizin audioyazısını aparmışam. Bundan əlavə, S.Mehdiyev dedi ki, bu tənqidləri üstəlik Baş nazir Əli Əsədovun iştirakı ilə Milli Məclisin iclası zamanı da səsləndirmək və deputatlara cavab vermək istəyib. Amma reqlament buna imkan verməyib. Əgər Milli Məclisin sədrinə maraqlıdırsa, mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev Milli Məclisin sədri Sahibə Qafarovanın bugünkü bəyanatına cavab olaraq verdiyi açıqlamada deyib.
Jurnalist təəsüfləndiyini bildirib ki, onu və haqqın.az saytını hansısa intriqalara cəlb etmək istəyirlər. E.Fətullayev məmurları və deputatları açıq siyasətə və səmimiliyə çağırıb.
Xatırladaq ki, Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ona zəng vurduğunu, müsahibədəki fikirlərinin təhrif olunduğunu və haqqın.az saytına müsahibəsində bəzi deputatları fırıldaqçı adlandırmadığını deyib, fikirlərinin “təhrif olunduğuna görə” təəsfüfləndiyini bildirib.
“Səfər Mehdiyev mənə zəng vurdu və təəsüflə qeyd etdi ki, müsahibədə onun fikirləri düzgün təqdim olunmayıb. O dedi ki, müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tuturdu”,- deyə Sahibə Qafarova bildirib.
Digər xəbərlər