Saytımızı qiymətləndirin


 
 

Zelenskidən XƏBƏRDARLIQ: Üçüncü Dünya müharibəsi olacaq
Tarix: 20-03-2022 | Saat: 22:18
Bölmə:Karusel / Region | çapa göndər

Zelenskidən XƏBƏRDARLIQ: Üçüncü Dünya müharibəsi olacaq

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazırdır.

Onun fikrincə, lakin danışıqlar uğursuz olarsa, bu, üçüncü dünya müharibəsi demək olacaq.

Qarabaginfo.az Lent.az-a istinadən xəbər verir ki, Ukrayna prezidenti bunu CNN-ə müsahibəsində açıqlayıb.

“Mən onunla danışıqlara hazıram. Son iki ildə də buna hazır olmuşam. Və düşünürəm ki, danışıqlar olmadan biz bu müharibəni dayandıra bilməyəcəyik...

Düşünürəm ki, biz istənilən formatdan, istənilən şansdan istifadə etməliyik ki, Putinlə danışıqlar apara bilək. Amma bu cəhdlər uğursuz olarsa, bu, üçüncü dünya müharibəsi demək olacaq”, - o bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna tərəfi həmişə danışıqlarda israrlı olub, dialoq və sülh yolu ilə həll yolları təklif edib

 



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər
22-02-2023, 14:30 Livanda da zəlzələ oldu