Saytımızı qiymətləndirin


 
 

Uşaqlarını çıxardı, ata-anası üçün geri dönəndə dağıntılar altında qaldı
Tarix: 09-02-2023 | Saat: 10:57
Bölmə:Karusel | çapa göndər

Uşaqlarını çıxardı, ata-anası üçün geri dönəndə dağıntılar altında qaldı

 

Türkiyədə baş verən zəlzələdə həyatını itirənlər arasında Hakkari Təhsil Şöbəsinin müdiri Mücahit Tunç da var.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, zəlzələ zamanı Malatya vilayətinin Battalqazi rayonundakı evində olub.

 

Hadisə anında dərhal uşaqlarını çölə çıxarmağa müvəffəq olan Tunç yaşlı ata-anasını da xilas etmək üçün geri dönüb. Bu zaman bina uçub.

 

Nəticədə o, atası və anası ilə birlikdə dağıntıların altında qalıb. Saatlar sonra hər 3-nün cansız bədəni aşkarlanaraq çıxarılıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər
23-04-2024, 14:45 Tofiq Hüseynov - 70