Ana Sayfa > Karusel > Uşaqlarını çıxardı, ata-anası üçün geri dönəndə dağıntılar altında qaldı
Uşaqlarını çıxardı, ata-anası üçün geri dönəndə dağıntılar altında qaldı9-02-2023, 10:57. Yazar: Admin |
Türkiyədə baş verən zəlzələdə həyatını itirənlər arasında Hakkari Təhsil Şöbəsinin müdiri Mücahit Tunç da var.
Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, zəlzələ zamanı Malatya vilayətinin Battalqazi rayonundakı evində olub.
Hadisə anında dərhal uşaqlarını çölə çıxarmağa müvəffəq olan Tunç yaşlı ata-anasını da xilas etmək üçün geri dönüb. Bu zaman bina uçub.
Nəticədə o, atası və anası ilə birlikdə dağıntıların altında qalıb. Saatlar sonra hər 3-nün cansız bədəni aşkarlanaraq çıxarılıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir. Geri dön |