Saytımızı qiymətləndirin


 
 

Bu gündən hərbi xidmətə çağırış BAŞLADI
Tarix: 01-07-2022 | Saat: 11:11
Bölmə:Karusel / Sosial | çapa göndər

Bu gündən Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

 

Qarabaqinfo.az xəbər verir ki, Prezident İlham Əliyev iyunun 1-də Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

 

Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.



Xəbəri paylaş

1191 dəfə oxunub.

Digər xəbərlər
28-07-2020, 16:38 Sabahın hava proqnozu