Saytımızı qiymətləndirin


 
 

Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilir
Tarix: 19-09-2024 | Saat: 10:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilir

Bu gün Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilir.

Qarabaginfo.az  xəbər verir ki, forumda Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov, NMR-in maliyyə naziri Həsən İsmayılov, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti Ziyad Səmədzadə, Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti Əsma Rezmukinin çıxışları gözlənilir.

Forumun mövzuları arasında SOCAR-ın son illərdə davamlı inkişaf hesabatlarının hazırlanması və maliyyə hesabatlarında davamlı inkişafla bağlı yeni tələblər; yaşıl iqtisadiyyatda vergi siyasətinin rolu; hökumət auditorlarının iqlim böhranına və enerji keçidinə necə reaksiya verdiyi; Azərbaycan-2030: davamlı maliyyənin hüquqi tənzimlənməsi və ESG gündəliyi yer alıb.

Forum çərçivəsində memorandum imzalanacaq.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər