Saytımızı qiymətləndirin


 
 

Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
Tarix: 30-10-2019 | Saat: 11:37
Bölmə:Karusel / Sosial | çapa göndər

Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı

Dünən piyada xəttindən keçərkən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ağırlaşıb.

Qarabaginfo “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıb. Məlumata görə, O.Gülaliyevin beyninə qansızma daha da genişlənib, sol tərəfi işləmir, özü nəfəs ala bilmədiyi üçün süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki,qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə O.Gülaliyevə Kliniki Tibbi Mərkəzdə kəllə-beyinin sınığı və beyinin əziyi diaqnozu qoyulub və dünən ailənin istəyi ilə özəl klinikalardan birinə köçürülüb.

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

 



Xəbəri paylaş

511 dəfə oxunub.

Digər xəbərlər