Saytımızı qiymətləndirin


 
 

DİN hüquqşünasların polisə qəbulu ilə əlaqədar müsabiqə keçirir
Tarix: 17-12-2021 | Saat: 15:00
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Daxili İşlər Nazirliyi

 

Daxili İşlər Nazirliyi hüquqşünasların polis orqanlarında xidmətə qəbulu ilə əlaqədar müsabiqə elan edib.

DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.

Vakant olan vəzifələrin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər http://www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına göndərməlidirlər.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər
20-03-2022, 00:05 Bu gün Novruz bayramıdır