Saytımızı qiymətləndirin


 
 

Kılıçdaroğlu prezident seçilsə, bu şəxslər nazir olacaq - İDDİA
Tarix: 14-04-2023 | Saat: 10:28
Bölmə:Karusel / Region | çapa göndər

Kılıçdaroğlu prezident seçilsə, bu şəxslər nazir olacaq - İDDİA

 

Türkiyəli məşhur jurnalist Fatih Portakal "Millət İttifaqı"nın vahid namizədi Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə kimlərin nazir postunu tutacağını şəxsi mənbələrinə istinadla açıqlayıb.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Kılıçdaroğlunun quracağı hökumətin tam tərkibini yox, kabinənin bəzi üzvlərinin adlarını elan edib.

 

Belə ki, iddiaya görə, daxili işlər naziri Engin Özkoç, ailə məsələləri üzrə nazir Selin Sayek Böke, əmək naziri isə Bülent Kuşoğlu olacaq.

 

Bundan başqa, jurnlistin sözlərinə görə, ətraf mühit və şəhərsalma naziri vəzifəsi ləğv olunaraq əvəzinə iki nazir postu yaradılacaq ki, hər iki nazirin işinə ümumi rəhbərliyi İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu həyata keçirəcək.

 

Qeyd edək ki, Türkiyədə 14 mayda həm parlament, həm də prezident seçkiləri keçiriləcək.



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər
25-01-2024, 15:42 Yunanıstanda ZƏLZƏLƏ