Saytımızı qiymətləndirin


 
 

Gəncədə müharibə vaxtı dağılan evlərin bərpasına əlavə 2 mln. manat ayrılıb
Tarix: 08-06-2022 | Saat: 14:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gəncədə müharibə vaxtı dağılan evlərin bərpasına əlavə 2 mln. manat ayrılıb

İkinci Qarabağ müharibəsində Gəncədə dağılan evlərin bərpası və yenidən inşasına növbəti dəfə vəsait ayırılıb.

Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə növbəti tenderin nəticəsini açıqlayıb.

Qurum tenderin qalibi olaraq “İNŞAAT SERVİS-2” MMC-ni seçib və şirkətlə 2 milyon manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət sentyabr ayının 1-nə kimi təmir-bərpa və yenidənqurma işlərini yekunlaşdırmalıdır.

Bununla da, Gəncədə dağılan evlərin bərpası və yenidən inşasına ayrılan vəsaitin həcmi (digər rayonlarla birgə təmir tenderləri xaric) 5 tender üzrə 11,7 milyon manata çatıb. Bağlanan müqavilələrə əsasən, təmir və yenidənqurma işlərinin 2022-ci ilin sonuna kimi bitəcəyi gözlənilir.



Xəbəri paylaş

272 dəfə oxunub.

Digər xəbərlər