Saytımızı qiymətləndirin


 
 

BƏƏ xarici işlər naziri Türkiyəyə təşəkkür edib
Tarix: 27-05-2022 | Saat: 19:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

BƏƏ xarici işlər naziri Türkiyəyə təşəkkür edib

“Türkiyə xarici işlər nazirinin İsrail və Fələstinə səfəri iki xalq arasında sülh prosesinə yenidən başlanmaq üçün həvəsləndirici bir ziyarətdir”.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bunu Birləşmiş Ərəb Əmirlikləri xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə İstanbulda birgə mətbuat konfransı zamanı deyib.

 

O qeyd edib ki, bölgədə kədərli hadisələr həddindən artıq çoxdur, lakin ölkələr bundan daha yaxşına layiqdir.

“Nəticə etibarı ilə, bu ideoloji fərqlilik yox, hər kəsin marağında olmalıdır. Yəni ideoloji fikirlər ortaya çıxdıqda, iki tərəf arasında əməkdaşlıq arxa plana keçir, çətinləşir. Ona görə Türkiyəyə yürütdüyü diplomatiyaya görə və şəxsən cənab nazirə təşəkkürümü bildirirəm. Böyük əmək sərf edirsiniz, eyni zamanda həm Rusiya-Ukrayna, həm də İsrail-Filistin məsələsində səylər göstırirsiniz”, - deyə o bildirib.



Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər