Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Tarix: 21-01-2025 | Saat: 12:41
Bölmə:Karusel / Siyasət | çapa göndər
Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası öz işinə başlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Tarfa məlumat verib.
Nazirliyin saytının məlumatına əsasən, Əmin Tarfa bildirib ki, iclasın ilk günündə texniki və ekspert qrupları iki ölkə arasında iqtisadi sahədəki məsələləri müzakirə edəcək, eyni zamanda ticarət, mədəniyyət, nəqliyyat, turizm, enerji və digər iqtisadi sahələr üzrə müzakirələr aparılacaq.
“Birgə İqtisadi Komissiyasının həm sədrləri — Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə protokol imzalanacaq. Sözügedən sənəd iki ölkə arasında əlaqələrin inkişafı üçün çox faydalı olacaqdır” , - İran rəsmisi bildirib.
Eyni zamanda Ə.Tarfa təmaslarda İran və Azərbaycan arasında nəqliyyat sahəsində mühüm layihələrin də müzakirə olunacağını bildirib. O qeyd edib ki, infrastruktur sahəsində, o cümlədən Araz dəhlizi, Azərbaycanı Naxçıvandan birləşdirən layihə kimi dəmir yolu və avtomobil yollarını birləşdirən İran marşrutu araşdırılır və qiymətləndirilir, yeni körpülərin və sərhəd terminallarının tikintisi və istismarı müzakirə ediləcək.
187 dəfə oxunub.
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025, 11:24
İsrail diplomatlarını öldürən şəxs TUTULDU
21-01-2022, 17:46
Blinken: “Lavrov Ukraynaya hücum etməyəcəklərini dedi, lakin sözə yox, əmələ baxmaq lazımdır”
15-08-2024, 10:11
Dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb - Faktiki hava
10-06-2024, 07:20
İsrail Fələstini tanıyan dövlətlərdəki səfirləri geri çağırıb
5-09-2025, 08:43
Vaşinqtonun rəhbərliyi Trampı məhkəməyə verib
12-01-2026, 15:55
Prezident: Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır
29-11-2023, 10:41
İlon Mask HƏMAS-ın dəvətini qəbul etmədi
24-12-2021, 19:33
“Azərbaycan üçün əsas məsələ dəhlizdir və bunun reallaşması mütləqdir”