Saytımızı qiymətləndirin


 
 

İstanbulda “Qarabağın mirası” rəsm sərgisi açılıb
Tarix: 12-05-2022 | Saat: 22:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

İstanbulda “Qarabağın mirası” rəsm sərgisi açılıb - FOTO

Mayın 12-də İstanbulda azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin “Qarabağın mirası” mövzusunda fərdi rəsm sərgisinin rəsmi açılış mərasimi olub.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, İstanbulun ən böyük mədəniyyət ocağı olan Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan sərgi on gün davam edəcək.

Türkiyə və Azərbaycan Mədəniyyət nazirliklərinin birgə layihəsi əsasında ərsəyə gələn tədbir ölkəmizin İstanbuldakı Baş konsulluğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Mezo digital Art” ın birgə təşkilatçıkığı ilə baş tutub.

Mərasimdə Türkiyənin Türizm və Mədəniyyət nazirinin müavini Özgül Özkan Yavuz, ardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri və digərləri iştirak ediblər.



Xəbəri paylaş

1362 dəfə oxunub.

Digər xəbərlər