Saytımızı qiymətləndirin


 
 

"Neftçi" 85 illik yubileyində "Qəbələ"ni darmadağın edib
Tarix: 18-03-2022 | Saat: 21:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Brian Barry (@briangbarry) / Twitter

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşma paytaxt klubunun 85 illik yubileyinə təsadüf etdiyindən, rəmzi olaraq saat 19:37-də start götürüb. Matçdan öncə stadionda üzərində "Neftçi"nin sabiq və hazırkı kapitanları - Anatoli Banişevski ilə Emin Mahmudovun fotoları və "Biz tarixin özüyük" yazılmış nəhəng banner açılıb.

Bundan başqa, "ağ-qaralar" əyalət təmsilçisi ilə matçda meydana klassik forma ilə çıxıb. Qarşılaşmanın start fitindən öncə qonaq komanda qonaq komannda rəqibinə xüsusi hədiyyə təqdim edib. "Qəbələ"nin baş məşqçisi, vaxtilə "Neftçi"də çıxış etmiş Elmar Baxşıyevin geyindiyi 8 nömrəli "Neftçi" forması E.Mahmudova verilib.

Oyunda topa ilk toxunuşu komandanın veteran futbolçusu Çingiz İsmayılov edib. O, topu klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanova ötürüb. Daha sonra isə top "Neftçi" akademiyasının gənc üzvünə göndərilib.

Qarşılaşmada hesabı Eddi İsrafilov açıb. Azərbaycan millisinin üzvü 7-ci dəqiqədə fərqlənib. 10 dəqiqə sonra Mamadu Mbodj fərqi 2 topa çatdırıb. 81-ci dəqiqədən Gilyerme Pato qonaqları növbəti dəfə məyus edib. Görüşdə son nöqtəni isə 90+5-ci dəqiqədə Eddi İsrafilov qoyub.

Bu qələbədən sonra xallarını 37-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. 33 xalı olan "Qəbələ" isə 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda "Keşlə" evdə "Sumqayıt"la heç-heçə edib. Tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" görüşləri ilə yekun vurulacaq.



Xəbəri paylaş

1288 dəfə oxunub.

Digər xəbərlər