Türkiyə-İran sərhədində baş verən zəlzələ Naxçıvanda hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Qarabaginfo.az-a bildirilib ki, yanvarın 18-də yerli vaxtla saat 14:08-də Naxçıvan stansiyasından 90 km cənubda Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb.
Zəlzələ Naxçıvan MR-də hiss olunub.