Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “Ukraynada sülhə nail olmaq üçün İstanbul prosesinə dəstək vermək lazımdır”
Tarix: 14-04-2022 | Saat: 21:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Presidente turco Recep Erdogan em Bruxelas

“Sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlara dəstək vermək lazımdır”.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya Kansleri Karl Nehammerlə telefon danışığı zamanı deyib.

Danışıqlar zamanı regional mövzular, o cümlədən Ukrayna ilə Rusiya arasındakı münaqişə, həmçinin Türkiyə-Avstriya münasibətləri müzakirə edilib.

“Ölkə başçısı Ukraynadakı müharibədə humanitar dramın aradan qaldırılması və atəşkəsə nail olmaq üçün hər fürsətdən istifadə edilməli olduğunu bildirib. O həmçinin sülh danışıqlarında irəliləyişə nail olmaq üçün İstanbul prosesinə dəstək verilməsinin zəruri olduğunu söyləyib. Prezident Türkiyənin münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb”, - Türkiyə Prezidentinin dəftərxanasından jurnalistlərə bildirilib.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər