Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO
Tarix: 27-04-2026 | Saat: 21:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi başlayıb.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.

Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayiş etdirilib.

Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlim tapşırıqları haqqında brifinq təqdim olunub.

Qeyd edilib ki, təlim iki ölkənin müştərək hava əməliyyatlarının planlaşdırılması və icrası üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, şəxsi heyətin peşəkarlığının artırılması və koordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər