Saytımızı qiymətləndirin


 
 

Lahıcdakı uçqunun səbəbi AÇIQLANDI
Tarix: 14-04-2022 | Saat: 17:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

İsmayıllı-Lahıc avtomobil yolunun sağ hissəsində yerləşən, hündürlüyü təqribən 100 metrə yaxın qayada uçqun baş verib.

 

Qarabaginfo.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, uçqun hal-hazırda səngiyib.

 

"Asılı qaya parçalarının yola düşmə ehtimalı azdır. Bu uçqun prosesidir. Yolun sağ tərəfində sürüşmə ehtimalı yoxdur. Təbii ki, qayanın özü yağış, külək və s. səbəblərdən destruksiyaya uğrayır. Buna görə də qayada parçalanma gedir. Klastik parçalanmadan sonra aslı iri qaya parçaları öz dayanıqlığını itirir və uçmayla nəticələnir. Həmin ərazi üçün uçqunların olması klassik davamlı uçma kateqoriyasına daxildir. Bu ərazidə əvvəllər də uçqun prosesi baş verib. Son ayda iki dəfə bu ərazidə uçqunun olmasının səbəblərindən biri də yağıntının çox olmasıdır. Həmin yamacın hamarlanıb bitməsinə qədər uçqun proseslərinin olması ehtimalı var", - deyə Xidmət rəisi bildirib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək yolu bağlamışdı. Artıq yol qaya parçalarından təmizlənib və hərəkət bərpa edilib.



Xəbəri paylaş

216 dəfə oxunub.

Digər xəbərlər