Saytımızı qiymətləndirin


 
 

22 dövlət İrandan PUA almaq istəyir
Tarix: 18-10-2022 | Saat: 15:16
Bölmə:Karusel | çapa göndər

22 dövlət İrandan PUA almaq istəyir

Dünyanın 20-dən çox dövləti pilotsuz döyüş təyyarələri (PUA) almaq üçün İrana müraciət edib.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran İslam Respublikası Ali Baş Komandanının köməkçisi və baş hərbi müşaviri, general-mayor Yəhya Səfəvi bildirib.


"İndi 22 ölkə onlara pilotsuz uçan döyüş aparatları satmaq istəyki ilə müraciət edib", - deyə iranlı general bildirib.

Onun sözlərinə görə, sözügedən PUA-lar 1979-cu il inqilabından sonra ölkənin silahlı qüvvələrində ən son nailiyyətlərin tətbiqidir.
 

İran Hərbi Hava Qüvvələrinin komandanıŞ briqada generalı Həmid Vahedi deyib ki, İran özünün  silahlı qüvvələrini döyüş PUA-ları ilə təmin etməkdə 100 faizlik nəticəyə nail olub.
İran 3 min metrdən çox hündürlükdə fasiləsiz olaraq 8 saata qədər qala bilən və 200 km məsafədə tapşırıqları yerinə yetirən “Şahab” adlı yeni döyüş PUA-larını ​​bu yaxınlarda təqdim edib.



Xəbəri paylaş

137 dəfə oxunub.

Digər xəbərlər