Saytımızı qiymətləndirin


 
 

Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO
Tarix: 25-10-2021 | Saat: 17:54
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanında iştirak edən, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini pozaraq toy məclisi təşkil edən şəxslərlə bağlı yeni məlumatlar var.

 

Qarabaginfo.az Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, toy karvanında iştirak etmiş 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, protokollar tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. 

 

Belə ki, onlardan 14 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə, 3 nəfər barəsində isə 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib olunub. 

 

Toy təşkilatçıları olan Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılaraq barələrində cinayət işi başlanılıb.

 

Qeyd edək ki, oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər
6-01-2021, 09:59 Neftin qiyməti artıb