Saytımızı qiymətləndirin


 
 

“Rusiyanın Ukraynanı bombalaması xoşuma gəlmir” –TRAMP
Tarix: 07-04-2025 | Saat: 13:20
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Vaşinqton Moskva ilə Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqları davam etdirir.

Qarabaginfo.az Associated Press -ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Bununla yanaşı Tramp qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanı bombalamasını bəyənmir: “Biz Rusiya ilə danışırıq, bunun dayandırılmasını istərdik. Bu bombardmanlar xoşuma gəlmir. Bombalamalar davam edir” – deyən Tramp Air Force One təyyarəsində jurnalistlərə bildirib.

O, münaqişədə ağır itkilərə işarə edib və bir daha bəyan edib ki, o, əvvəllər prezident olsaydı, münaqişə başlamazdı.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər