Tarix: 25-05-2023 | Saat: 17:26
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
“Zəfər” altsisteminə ötən dövrdə aidiyyəti qurumlar tərəfindən 245 minədək şəxsə dair məlumat daxil edilib.
Bu barədə Qarabaqinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Onların sırasına Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhidlərimiz və şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, Milli Qəhrəmanlar, Vətən Müharibəsi Qəhrəmanları, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi olan şəxslər və onların ailə üzvləri daxildir.
Prezident İlham Əliyevin 27 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Zəfər” altsistemi qurumlara şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək tədbirlərinin həyata keçirilməsi işlərində çevik məlumat mübadiləsinə, bu işlərin daha operativ, sistemli, məqsədəuyğun təşkilinə imkan verir.
Eləcə də şəhid ailələri və müharibə iştirakçıları barədə məlumatlar həmin altsistemə daxil edildiyi anda onlara e-sistem üzərindən proaktiv qaydada sosial ödəniş təyinatları aparılır.
Digər xəbərlər