Saytımızı qiymətləndirin


 
 

“Məqsəd media üçün əlverişli mühitin yaradılmasıdır” - Əhməd İsmayılov
Tarix: 26-04-2022 | Saat: 17:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda "Media haqqında" yeni qanun qəbul edilib. Yeni qanunun qəbulunda məqsəd media sahəsində boşluqları doldurmaq, söz, fikir azadlığının, plüralizmin təmin edilməsi, media ilə ictimaiyyət arasında münasibətlərin normallaşdırılması, bir sözlə, media üçün əlverişli mühitin yaradılmasıdır.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda keçirilən tədbirdə deyib.

 

Ə.İsmayılov qeyd edib ki, hazırda internet mediası və rəqəmsal mühit mövcuddur. Dezinformasiyanın yayılmasında sosial şəbəkələr öz rolunu oynayır. Dezinformasiyaya qarşı mübarizədə hüquqi mexanizmlərdən danışan MEDİA-nın İcraçı direktoru vurğulayıb ki, medianı həm də ictimaiyyət formalaşdırır.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər