Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: “Biz müalicəvi içməli suyun istehsalına da başlamalıyıq”
Tarix: 12-04-2022 | Saat: 23:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Prezidenti: “Biz müalicəvi içməli suyun istehsalına da başlamalıyıq”

Azərbaycan Prezidenti davam edən layihələrlə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandırıb.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib ki, avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir.

Dövlət başçısı bildirib ki, Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir: “Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, amma indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq, biz rahat tunellə keçəcəyik. Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bu il davam etdirilir. Bunun da böyük rəmzi mənası var. İstisu sanatoriyası sovet vaxtında çox məşhur idi. Həm Azərbaycan sakinləri, həm sovet ittifaqının müxtəlif yerlərindən oraya gələnlər çox idi. Amma biz Mehriban xanımla İstisuda olanda dəhşətli mənzərəni gördük. Sanatoriya, su mənbələri tamamilə dağıdılıb. Mən demişəm bu vəhşi qəbilə hər yerə burnunu soxub, o cümlədən oraya. Keçmiş sanatoriyadan ancaq bəzi qalıqlar qalıb. Ona görə mən qərara gəldim ki, orada yeni, müasir otel inşa edilsin. İndi təqribən 150-160 yerlik otelin layihəsi hazırlanır. Biz müalicəvi içməli suyun istehsalına da başlamalıyıq. Bu göstəriş də verildi. İndi ilkin təmaslar olubdur və hesab edirəm ki, bu il hər iki vacib və böyük rəmzi məna daşıyan layihələrin təməli qoyula bilər. Eyni zamanda, əminəm ki, necə deyərlər, bu tarixi ədaləti bərpa edəcəyik və yenə də beynəlxalq səviyyəli kurort yaranacaq. Çünki Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq. Əminəm, çox vaxt keçməyəcək ki, İstisu yenə də öz şöhrətini qaytaracaq. Azad edilmiş torpaqlarda indi içməli su mənbələrinin layihələndirilməsi gedir. Onların arasında, əlbəttə ki, Şuşa şəhərinin içməli su layihəsi prioritetdir. Çünki artıq Şuşada insanlar yaşayır. Şuşada yaşayış binaları da tikilir və tezliklə insanlar qayıdacaqlar. Ona görə Şuşanın içməli su layihəsi bu il tam istifadəyə verilməlidir. Ermənilər müharibə zamanı Şuşadan qaçarkən o su xətlərini də partlatmışdılar, növbəti vəhşilik törətmişdilər və işğal dövründə 17 bulağın 17-sini də yararsız vəziyyətə salıb qurutmuşdular. Bunlar vəhşiliyin təzahürləridir və bu, bir daha onu göstərir ki, Şuşa ermənilər üçün həmişə yad şəhər olub. Həmişə Şuşaya paxıllıq edirdilər, öz çirkin arzularını yaşadırdılar ki, nə vaxtsa Şuşanı onlar işğal edəcəklər. Əfsuslar olsun ki, 1992-ci ilin mayında Şuşa milli xəyanət nəticəsində işğal olundu. İndi isə biz Şuşaya qayıtmışıq, biz Şuşanın sahibləri qayıtmışıq və əbədi orada yaşayacağıq. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır. Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib və bu il görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Artıq yer müəyyən olundu, biz onun təməlini qoyduq”.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər