Saytımızı qiymətləndirin


 
 

“Azərsığorta” ləğv edildi - Fərman
Tarix: 31-01-2024 | Saat: 17:15
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

azersigorta-legv-edildi

Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Fərmanda deyilir:

“1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilsin.

2. “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 740 (Cild I) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər”.



Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər
19-05-2022, 11:26 Metroda problem yaranıb