Saytımızı qiymətləndirin


 
 

Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir
Tarix: 07-12-2024 | Saat: 15:40
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir

Bakıda yerli və qardaş Türkiyədən olan təcrübəli həkim heyətinin iştirakı ilə Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, konqresin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin Tibb İdarəsi rəisi vəzifəsini icra edən polkovnik Anar İsmayılov çıxış edərək iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. Polkovnik A.İsmayılov konqres müddətində aparılan çıxışların həkimlərimizin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyindən əmin olduğunu bildirib.
Keçirilən konqresin əsas məqsədi revmatoloqların davamlı təhsili, yeni diaqnostik və müalicə üsullarına yiyələnmək, elmi tədqiqatlara dəstək olmaq, eləcə də xarici həmkarlarla elmi-praktik əlaqələrin qurulmasıdır. Bakıda keçirilən konqresin Azərbaycanda revmatologiyanın inkişafına yeni təkan verəcəyi xüsusi vurğulanıb.

Konqresdə “Böyük damar vaskulitləri”, “PAN+DADA-2 sindromu”, “Makrofaq Aktivasiya Sindromu”, “Avaskulyar nekroz”, “Bahçet xəstəliyi, ağırlaşmalar və müalicə prinsipləri” və digər mövzularda çıxışlar dinlənilib, suallar cavablandırılıb.

Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir



Xəbəri paylaş

239 dəfə oxunub.

Digər xəbərlər