Saytımızı qiymətləndirin


 
 

Britaniyalı deputat: “Azərbaycanla Britaniya arasındakı münasibətlər yüksələn xətdə inkişaf edir”
Tarix: 13-03-2022 | Saat: 18:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deyvid Duquid

“Çox aydındır ki, iki ölkə arasında münasibət inkişaf etməkdə və şaxələnməkdə davam edir.

İki ölkə yaşıl enerjiyə keçid istiqamətlərində və bərpa olunan enerji resurslarının inkişafı kimi sahələrdə də əməkdaşlığı artırmaqdadır”.

Qarabaginfo.az bildirir ki, bu sözləri, britaniyalı deputat Deyvid Duquid APA-nın London bürosuna açıqlamasında deyib.

O bildirib ki, keçən il noyabr ayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərini ziyarət edib. Deputat qeyd edib ki, bu ərazilərin minalardan təmizlənməsi və bərpası istiqamətləri üzrə Britaniya şirkətləri cəlb olunub. Deyvid Duquid bildirib ki, birgə əməkdaşlıq və daha da çox Britaniya şirkətlərinin bura cəlb olunması, onların öz biliklərini Azərbaycana ötürməsi və beləliklə də təmiz enerjiyə keçid üçün xeyli geniş imkanlar var.



Xəbəri paylaş

1195 dəfə oxunub.

Digər xəbərlər