Tarix: 01-07-2022 | Saat: 12:21
Bölmə:Karusel / Sosial | çapa göndər
“Tibbi proqnoza əsasən şəxs bir böyrəklə 30 ilədək yaşaya bilər. Ona görə də əvvəlki qaydalarda olduğu kimi, bu gündən qüvvəyə minəcək əlilliyin müəyyən olunması meyarlarında bir böyrəyin olmaması əlillik üçün əsas yaratmır".
Qarabaqinfo.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, əlillik üçün əsas ikinci böyrəyin ağırlaşması hallarında yaranır:
“Vətəndaşın digər böyrəyində ağırlaşma varsa, əlilliyin müəyyən edilməsi üçün müraciət edə bilər. Yeni meyarlarda görmənin və eşitmənin paralel xəstəlikləri var. Şəxsdə görmə və eşitmə əlilliyi varsa burada daha yüksək əlillik dərəcəsinin təyinatı üçün əsas yaranır. Bu, Almaniya təcrübəsindən götürülüb. Həmin şəxslərə yüksək müavinət ödəniləcək”.
Digər xəbərlər