Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 4 890 532 nəfərə çatıb.
Qarabaginfo.az xəbər verir ki, indiyədək COVID-19 diaqnozu qoyulan 320 120 nəfər dünyasını dəyişib, müalicə alan 1 907 317 pasiyent sağalıb.
Xəstəxanaya yerləşdirilən 44 764 xəstənin vəziyyəti ağırdır.
Ən çox yoluxma halları ABŞ (1 550 294), Rusiya (290 678) və İspaniyada (278 188) qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 150 593 nəfər yoluxub, 4 171 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı 122 492-dir.
Son məlumata görə, bu ölkədə 7 057 nəfər pandemiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb. “Report”