Saytımızı qiymətləndirin


 
 

Gəncədə "Ramoş" ləqəbli şəxsin üzərində tapança aşkarlanıb
Tarix: 08-01-2020 | Saat: 09:48
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Gəncə sakinindən qanunsuz saxlanılan silah-sursat aşkarlanaraq götürülüb.

Qarabaginfo xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “ Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, B.Səmədov kriminal aləmdə "Ramoş" ləqəbi ilə tanınır.



Xəbəri paylaş

477 dəfə oxunub.

Digər xəbərlər