Saytımızı qiymətləndirin


 
 

Bakıya qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Tarix: 03-02-2026 | Saat: 13:02
Bölmə:Karusel / Sosial | çapa göndər

Bakıya qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Fevral ayının 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 4-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

Bu barədə Qarabaginfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  

Fevralın 4-ü gün ərzində və 5-i gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

Fevralın 4-dən 7-dək bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.



Xəbəri paylaş

58 dəfə oxunub.

Digər xəbərlər
27-02-2023, 15:46 Hələb də silkələndi