Saytımızı qiymətləndirin


 
 

Rusiya-Ukrayna danışıqlarının 4-cü raundunun yeri məlum olub
Tarix: 07-03-2022 | Saat: 23:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Leonid Slutski: Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi

Rusiya-Ukrayna danışıqlarının 4-cü raundunun yeri məlum olub.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski açıqlayıb.

"Bu gün nəyinsə imzalanacağını güman etmək sadəlövhlük olardı. Təbii ki, bu sənədlər üzərində iş çox yaxın vaxtlarda davam etdiriləcək. Növbəti, dördüncü raund Belarus ərazisində keçiriləcək. Dəqiq tarix isə bilinmir", - Slutski bildirib.

Komitə rəhbəri qeyd edib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar ciddi şəkildə gedir və ən qısa müddətdə davam etdiriləcək.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində danışıqların 3-cü raundu baş tutub.

Danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edib, heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.

Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edib.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər