Tarix: 21-06-2022 | Saat: 08:13
Bölmə:Karusel / Dünya | çapa göndər
Ekvadorun paytaxtı Kitoda hökumət əleyhinə keçirilən etirazlar zamanı bir nəfər ölüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Premsa Latina” agentliyi məlumat yayıb. Ölkənin paytaxtı Kito şəhərinin şimalında bir nəfərin ölümü baş verib.
Polisin məlumatına görə, etirazçılarla toqquşma zamanı 60-dan çox asayiş keşikçisi yaralanıb.
İğtişaşların təşəbbüskarı Ekvadorun Yerli Xalqları Konfederasiyasıdır.
Onlar artan cinayət fonunda benzinin qiymətinin aşağı salınmasını və vətəndaşların təhlükəsizliyinin təmin edilməsini tələb edirlər.
Bundan əvvəl Ekvador prezidenti etirazçıların onu devirmək niyyətini açıqlamışdı. Ekvadorda etirazlar iyunun 13-də yanacağın qiymətinin əhəmiyyətli dərəcədə artması ilə əlaqədar başlayıb. Ekvador prezidenti Qilyermo Lasso İmbabura, Kotopaksi əyalətlərində və Piçinça metropoliten bölgəsində fövqəladə vəziyyət elan edib.
Digər xəbərlər