Milli Məclisdə İran müzakirəsi: “Həmin generallar Azərbaycanı qorxuda bilməz
Tarix: 11-10-2021 | Saat: 12:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
1363 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-10-2021 | Saat: 12:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
“İrandan Azərbaycana qarşı təhdidlər səngimir”.
Qarabaginfo.az xəbər verir ki, bunu parlamentin iclasında deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, Ərdəbilin imam-cüməsi Həsən Amuli Azərbaycana qarşı fikir səsləndirəndə Bakı buna təmkinli yanaşdı.
“Amma sən demə, bu, İrandan açılan ilk snayper atəşi idi. Daha sonra təhdidlərin miqyası genişləndi. Ağır siyasi artilleriyalar işə düşdü”, - deyə A.Mirzəzadə əlavə edib.
Deputat bildirib ki, ötən il həmkarı Bəhruz Məhərrəmov İrana qarşı çıxış edəndə Milli Məclis ona töhmət verib:
“Amma indi İran parlamentinin deputatları Azərbaycanı təhdid edir. Ancaq İran parlamenti onları cəzalandırmır”.
A.Mirzəzadə qeyd edib ki, İranın heç bir generalı Azərbaycanı qorxuda bilməz.(Oxu.az)
Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024, 12:28
AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ qalan 27 nəfər xəstəxanaya yerləşdirilib, 3-ü uşaqdır
15-09-2022, 22:06
KİV: ABŞ Konqresinin spikeri Ermənistana səfər edəcək
28-01-2022, 23:33
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb
19-03-2022, 18:55
Ruslar Kiyevətrafı ərazilərə güclü aviazərbələr endirdilər
17-04-2020, 12:43
Milli Məclis bələdiyyələrlə bağlı illik məruzəni qəbul etdi - YENİLƏNİB
16-10-2021, 15:08
Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi
















