Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında imzalanan bu sənəd ciddi əhəmiyyətə malikdir - DEPUTAT
Tarix: 24-02-2022 | Saat: 11:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında imzalanan bu sənəd ciddi əhəmiyyətə malikdir – DEPUTAT

Dünyada bir çox ölkələr və beynəlxalq birliklər arasında münasibətlərin pisləşməsi, qarşıdurma meyllərinin artması fonunda dinc qonşuluq kontekstində dövlətlərarası əlaqələrin yüksələn dinamika üzrə inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, son 200 ildə tarixi-coğrafi və sosial-humanitar müstəvidə geniş əlaqələrə malik olan Azərbaycanla Rusiyanın münasibətlərindəki strateji tərəfdaşlıq amili ölkələrin xarici siyasətində prioritet təşkil etmişdir. Unutmayaq ki, 44 günlük Vətən müharibəsi zamanı Rusiya neytral mövqe tutmaqla qələbə qazanmağımıza müəyyən şərait də yaratdı deyə bilərik. Lakin Avropanın bir sıra ölkələri Azərbaycanın maraqlarına, beynəlxalq hüquqa zidd mövqe sərgilədilər.

Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Tarix göstərir ki, dövlət başçıları arasındakı münasibətlərin səviyyəsi, rəsmi qurumların qarşılıqlı əlaqələri ikitərfli və çoxtərəfli əlaqələrin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu baxımdan, Azərbaycan və Rusiya prezidentləri arasındakı qarşılıqlı hörmət və etimad atmosferi bir çox dövlət başçılarına nümunə ola bilər
Ümumilikdə, Rusiya ilə Azərbaycan arasında təşkil olunan qarşılıqlı səfər və görüşlər hər zaman iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Xüsusilə də dövlət başçılarının görüşləri, dəyişən və inkişaf edən dünyada dövlətlərin qarşılıqlı maraq kəsb edən mövzuların düzgün dəyərləndirilməsi və qərar verməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə fevralın 22 də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri xüsusi önəm daşıyır. Səfər çərçivəsində Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq məsələlər geniş müzakirə edilib. Görüşün ən önəmli nəticəsi isə “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” -nin imzalanması oldu.
Bəyannamədə hər iki ölkənin mövcud olan sıx strateji əməkdaşlıq əlaqələrini bundan sonra daha geniş diapazona daşıyaraq müttəfiqliq səviyyəsində davam etdirməsi nəzərdə tutulur. Bəyannaməyə əsasən deyə bilərik ki, iki ölkə arasında əlaqələr hərbi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə yeni dönəmə qədəm qoyur. Bu münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və regionda sabitlik, təhlükəsizlik və davamlı inkişaf meyillərini və maraqlarını gücləndirəcəkdir.
Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında imzalanan bu sənəd ciddi əhəmiyyətə malikdir. Artıq əminliklə söyləmək olar ki, Dağlıq Qarabağ problemi tarixə qovuşdu.
Hal hazırda prioritet məsələlərdən biri insanlarımızın işğaldan azad edilmiş ərazilərə qayıdışı və regionda sülhün bərqərar olmasıdır. Regionda bundan sonra davamlı sülhün bərqərar olmasında, ölkəmizin inkişafı və rifahının yüksəldilməsi, dünyada söz sahibi olması üçün yorulmadan fəaliyyət göstərən dövlət başçısı İlham Əliyev nəyi necə, nə vaxt etmək lazım olduğunu daha yaxşı bilir!



Xəbəri paylaş

294 dəfə oxunub.

Digər xəbərlər