Çin, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Asiya turu çərçivəsində Tayvana səfər edəcəyi təqdirdə ABŞ-ın "qiymət ödəyəcəyini" açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bunu Pekində keçirilən adi mətbuat brifinqində deyib.
Amerika rəsmiləri dəstəklərini göstərmək üçün tez-tez Tayvana təmkinli səfərlər edirlər, lakin Pelosi yaxın tarixdə hamıdan daha görünən qonaq olacaq.
Onun mümkün səfəri ilə bağlı məlumatlar ABŞ və Çin arasında gərginliyin artmasına səbəb olub. Ötən həftə ABŞ prezidenti Co Baydenlə telefon danışığında Çin prezidenti Xi Jinping ABŞ-a "odla oynamamaq" barədə xəbərdarlıq edib.
Çinin BMT-dəki səfiri Zhang Hun bildirib ki, səfər "çox təhlükəli, çox təxribat xarakterli olacaq".
Onun sözlərinə görə, Amerika tərəfi Çinin suveren təhlükəsizlik maraqlarının pozulmasına görə məsuliyyət daşıyacaq və ödəyəcək.