Saytımızı qiymətləndirin


 
 

Azərbaycan-Ukrayna sənədləri imzalanıb
Tarix: 14-01-2022 | Saat: 16:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azərbaycan-Ukrayna sənədləri imzalanıb - YENİLƏNİB

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərvisəndə iki ölkə arasında 6 hökumətlərarası sənəd imzalanıb.

Qarabaginfo.az xəbər verir ki, ilk olaraq imzalanan sənəd iki ölkə başçıları arasında baş tutub. Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski Birgə bəyannamə imzalayıblar.

İkinci sənəd Azərbaycanın energetika naziri, Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov və Ukraynanın Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vüreşyuk Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Üçüncü sənəd Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın baş nazirinin müavini, müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vüreşyuk iki ölkənin İqtisadiyyat Nazirlikləri arasında ikitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Daha sonra Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenko aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Ukraynanın “Naftoqaz” Milli Səhmdar Şirkətinin İdarə Heyətinin sədri “Naftoqaz” ilə SOCAR arasında enerji təchizatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Sonuncu sənəd Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti vəzifəsini icra edən Sergey Zavatskiy Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və Dövlət torpaq kadastrı sahəsində haqqında Anlaşma Memorandumu imzalayıblar.



Xəbəri paylaş

1272 dəfə oxunub.

Digər xəbərlər