Saytımızı qiymətləndirin


 
 

AZAL-ın təyyarələri Zəngəzur dəhlizi ilə uçur? – Rəsmi açıqlama
Tarix: 02-08-2021 | Saat: 14:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

AZAL-ın saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlanmışdır - Azerbaijan Airlines

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə etməsi barədə yanlış məlumat yayılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə AZAL-ın açıqlamasında bildirilib.

Məlumatda qeyd olunur ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər ondan istifadə etmir. Aviaşirkət kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırıb.

“AZAL bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır”, – deyə vurğulanıb.



Xəbəri paylaş

306 dəfə oxunub.

Digər xəbərlər