Saytımızı qiymətləndirin


 
 

Cəbrayıla icazəsiz keçmək istəyən 4 nəfər həbs olundu
Tarix: 12-01-2022 | Saat: 10:11
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Jurnalistlər Cəbrayıl rayonundadır

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisinə nəzarət postlarından kənar yollarla və müvafiq icazəsi olmadan keçən 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Goranboy rayon sakinləri - H.Məmmədov, Ə.Məmmədov, Ə.Vəlisoy və Ə.Abdullayev olduqları müəyyən edilib.

Xəbərdarlıqlara baxmayaraq, minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.



Xəbəri paylaş

1315 dəfə oxunub.

Digər xəbərlər