Saytımızı qiymətləndirin


 
 

Sabah Bakıda qar yağacaq - PROQNOZ
Tarix: 22-12-2021 | Saat: 13:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabaha gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.

ETSN Milli Hidrometeorologiya Xidmətinin Qarabaginfo.az-a verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 3°-dək isti, gündüz 3-5° isti olacaq.

Atmosfer təzyiqi  764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət 80-90 % olacaq.

 

 

Tibbi-meteoroloji proqnoz

Dekabrın 23-24-də Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün  əlverişsizdir.

 

 

 

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  0-3° isti, gündüz  3-8° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz  0-3° şaxta olacaq.



Xəbəri paylaş

278 dəfə oxunub.

Digər xəbərlər