Saytımızı qiymətləndirin


 
 

AZƏRTAC-ın nizamnamə fondu 25 milyon manat təşkil edəcək
Tarix: 19-12-2017 | Saat: 22:56
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

Azərbaycan Prezidenti AZƏRTAC-ın fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

"Qarabaginfo" "Reporta.az"-a istinadən xəbər verir ki. Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, AZƏRTAC-ın Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə və agentliyin özünə həvalə olunub.

Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 25 milyon manat təşkil edir. AZƏRTAC-ın fəaliyyətinə rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyəti sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Agentliyin Nizamnaməsində AZƏRTAC-ın fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.



Xəbəri paylaş

624 dəfə oxunub.

Digər xəbərlər