Saytımızı qiymətləndirin


 
 

Aİ-nin qurumu COVID-19-a qarşı daha bir peyvəndin istifadəsini təsdiqləyib
Tarix: 20-12-2021 | Saat: 18:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Nuvaxovid"

Avropa Dərman Agentliyi (EMA) "Novavax"ın COVID-19-a qarşı peyvəndi "Nuvaxovid"-in (NVX-CoV2373) istifadəsini təsdiqləyib.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə EMA-nın rəsmi saytında məlumat verilib.
Bildirilib ki ətraflı qiymətləndirmədən sonra, Avropa Dərman Agentliyinin İnsan Sağlamlığı üçün Dərman Komitəsi (CHMP) vaksin haqqında məlumatların etibarlı olduğu və Aİ-nin effektivlik, təhlükəsizlik və keyfiyyət meyarlarına cavab verdiyi qənaətinə gəlib.

""Nuvaxovid" COVID-19-un qarşısının alınması üçün Aİ-də tövsiyə olunan beşinci peyvənddir. Bu, zülal əsaslı peyvənddir və artıq istifadəsinə icazə verilmiş digər peyvəndlərlə birlikdə pandemiya ilə mübarizənin vacib mərhələsində Aİ ölkələrində peyvəndləmə kampaniyalarını dəstəkləyəcək", - deyə məlumatda qeyd olunub.
İki əsas klinik sınaqdan alınan nəticələr göstərib ki, "Nuvaxovid" 18 yaşdan yuxarı şəxslərdə COVID-19-un qarşısının alınmasında təsirlidir. Klinik sınaqlarda ümumilikdə 45000-dən çox insan iştirak edib.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər