Tarix: 07-04-2021 | Saat: 13:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Qurumdan Qarabaginfo.az-a verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunmuş, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanmışdır.
Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim etmişdir:
- "Real Təhlil İnformasiya Mərkəzi" MMC;
- "Caspian İnternational Broadcasting Company" MMC;
- "Balans Studiyası" MMC;
- "İNS ÇM" MMC;
- "İsti Press" MMC;
- "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası;
- "ARB 24" MMC.
Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunmuşdur.
Digər xəbərlər